Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalıda növbəti silah-sursat anbarı aşkar edilib

26.09.2023 [20:16]

Xəbərin mətni

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI