Cəlilabad sakini 10 kq narkotik maddə ilə saxlanılıb
14.02.2017 [18:48]
Xəbərin mətni
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Ramil Həsənov Ələt-Astara magistral yolunun 120-ci kilometrliyində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı oradan 10 kiloqram 100 qram yüksək psixotrop xassəyə malik narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.