Bakıda 21 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb
18.02.2017 [11:01]
Son iki gün ərzində Bakıda qarlı hava şəraiti ilə əlaqədar 21 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin bildirdiyinə görə, onlardan 20 nəfəri xəstəxanaya yerləşdirilib.