CƏMİYYƏT


104 yaşlı Vəsmə nənə: İndiyədək ağır xəstəlik keçirməmişəm, ev işlərini də özüm görürəm

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan Vəsmə Abbasovanın 104 yaşı var. Vəsmə Abbasovanın 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötükcəsi var. Ailənin 65 üzvü var və onların hamısını yaxşı tanıyır. Özünü gümrah hiss edir, iş görür. İldə iki dəfə həkimlərin nəzarəti ilə vitamin qəbul edir.