CƏMİYYƏT


Bakıda Dünya Skaut Komitəsinin prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib

Bakıda təşkil olunan 41-ci Dünya Skaut Konfransının dördüncü günündə - avqustun 17-də Dünya Skaut Komitəsinin prezidenti və vitse-prezidenti vəzifələrinə səsvermə keçirilib. AZƏRTAC xəbər verir ki, səsvermənin nəticələri avqustun 18-də elan ediləcək.