CƏMİYYƏT


Qanunsuz yolla ölkəyə qızıl-zinət əşyalarının gətirilməsi cəhdinin qarşısı alınıb

Qanunsuz olaraq ölkəyə 2 kiloqramdan çox qızıl-zinət əşyalarının gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi “İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.