CƏMİYYƏT


DTX antiterror əməliyyatı ilə bağlı görüntülər yaydı

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları yayıb. Aparılmış araşdırmalarla müəyyən edilib ki, radikal dini qurupları öz maraqları üçün istifadə edən xarici xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təlimatlandırılan “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu 2016-ci il noyabırın 14-də Azərbaycandakı əqidə yoldaşlarına çağrış göndərib.