CƏMİYYƏT


Tərtərdə keçirilən “Bayraq yürüşü”nə iki mindən çox insan qatılıb

Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. AZƏRTAC xəbər verir ki, iki min nəfərdən çox insanın qatıldığı yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.