CƏMİYYƏT


Şagirdlərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb

Noyabrın 14-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində səkkiz rayon və bir şəhərin məktəblilərindən ibarət 400-ə yaxın şagirdin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb. AZƏRTAC xəbər verir ki, şimal bölgəsinə ekskursiyada Bərdə, Ağdam, Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Cəbrayıl, Qubadlı rayonlarını və Naftalan şəhərini təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib.