CƏMİYYƏT


Moskvada Kərim Kərimovun yubileyi qeyd edilib

Moskvada görkəmli soydaşımız, sovet kosmonavtikasının banilərindən biri, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatçılığı ilə Kərim Kərimov adına 1583 saylı Moskva Gimnaziya Kompleksində keçirilən yubiley tədbirində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK-ın prezidenti Fazil Qurbanov, Kərim Kərimovun ailə üzvləri, rusiyalı kosmonavtlar, Azərbaycan diasporunun üzvləri və səfirliyin nümayəndələri iştirak ediblər.