CƏMİYYƏT


Məktəblilər cənub bölgəsinə yola salınıblar

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 16-da səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar.