CƏMİYYƏT


İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,7 faiz artıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 65292 nəfər və ya 0,7 faiz artaraq oktyabrın 1-i vəziyyətinə 9875273 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bir kvadratkilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.