CƏMİYYƏT


Səyyar “ASAN xidmət” Şəkidə

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar rayonlarda səyyar formada əhaliyə xidmətlər göstərməkdə davam edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 29-dan başlayaraq “ASAN xidmət” Şəki şəhərində sakinlərə səyyar formada xidmətlər göstərir. Bu xidmətlərdən ətraf rayonların sakinləri də yararlana biləcəklər.