CƏMİYYƏT


TRT-nin V Beynəlxalq Media Təhsil Proqramı başa çatıb

Antalyada Türkiyənin TRT televiziyasının təşkil etdiyi V Beynəlxalq Media Təhsil Proqramı (UMEP) başa çatıb. Proqramda 70 ölkədən 162 media nümayəndəsi iştirak edib. Beynəlxalq media təhsili sahəsində yüksək dəyərləndirilən, dünyanın müxtəlif ölkələrindən tanınmış media təmsilçilərinin hər il qatıldıqları bu proqramda AZƏRTAC da təmsil olunub. Təlimlərdə Türkiyənin tanınmış media ekspertləri, jurnalistlər, televiziya və radio aparıcıları təcrübələrini bölüşüblər.