CƏMİYYƏT


İtkin düşən alpinistlərin axtarışı aparılan ərazidən REPORTAJ

Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək.
Bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazi ilə tanış olmaq üçün bölgədə səfərdədir.