CƏMİYYƏT


Şamaxı və İsmayıllıda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

Dünən günorta saatlarından başlayaraq Şamaxıya yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində ciddi maneələr yaradıb. AZƏRTAC xəbər verir ki, Bakı-Şamaxı-Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistralları səhər saatlarında buz bağlayıb. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib.