CƏMİYYƏT


Milli Məclisdə “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Qanunun təkmilləşdirilməsinə dair dinləmələr keçirilib

Komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzin yaradılmasına ehtiyac var. Qeyd olunub ki, orqan transplantasiyası ölkəmizdə çox sürətlə inkişaf edir. Bu gün təbabətin bütün sahələrində transplantasiya geniş istifadə edilir.