CƏMİYYƏT


Yüzədək tələbə “SABAH II” Karyera Qış Məktəbi layihəsinə qoşulub

Fevralın 17-də Qubada “SABAH” Karyera Akademiyası proqramı çərçivəsində “SABAH II” Karyera Qış Məktəbi layihəsi təqdim olunub. 100-dək tələbənin iştirak etdiyi Qış Məktəbində “SABAH” tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər.