CƏMİYYƏT


Bakı Dəniz Vağzalında üzərində “Kalaşnikov” avtomatı olan şəxs saxlanılıb

Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 patron olan daraq aşkarlanaraq götürülüb.