Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb

28.04.2018 [13:49]

Xəbərin mətni
Aprelin 28-də Bakının Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb. AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.