CƏMİYYƏT


FHN: Bakıda fərdi yaşayış evlərində baş verən yanğında xəsarət alan yoxdur

Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hadisə zamanı ölən və xəsarət alan olmayıb. Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın söndürülüb.