CƏMİYYƏT


Avtomobili texniki baxışdan keçirməyən sürücülərin nəzərinə

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi minik avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.