CƏMİYYƏT


Erməni hərbçilərinin atəşə tutduğu “KamAZ” markalı təmir aqreqatına 15-ə yaxın güllə dəyib

Erməni hərbçiləri ötən gün axşam saat 20 radələrində Ağdamın Çəmənli kəndi ərazisində subartezian quyusunu təmir edən rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub. Nəticədə idarənin “KamAZ” markalı təmir aqreqatına 15-ə yaxın güllə dəyib.