CƏMİYYƏT


"ASAN xidmət"də ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib.