CƏMİYYƏT


Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə görüş keçirilib

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə 25 nəfər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub. Medallar Qarabağ müharibəsi veteranlarına və şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.