CƏMİYYƏT


Abşeron rayonunda Qələbə Günü böyük coşqu ilə qeyd edilib

Qələbə bayramı münasibətilə Abşeronda keçirilən tədbirlərin iştirakçıları əvvəlcə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndindəki abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüb, xatirəsini anıblar. AZƏRTAC xəbər verir ki, sonra tədbir Xırdalan şəhərinin mərkəzində müharibə qurbanlarının xatirəsinə ucaldılan “Ana abidəsi” qarşısında davam etdirilib.