CƏMİYYƏT


Axtarışda olan “qaqaş” ləqəbli Balaxanı qəsəbə sakini saxlanılıb

Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan, Balaxanı qəsəbə sakini “qaqaş” ləqəbli Rəşad Səfərov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 0,308 qram, idarə etdiyi “Niva” markalı avtomobilin yük yerindən isə 1 kiloqram 5 qram heroin aşkar edilərək götürülüb.