CƏMİYYƏT


“ABAD” məhsullarının sərgisi keçirilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” Muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı “ABAD” məhsullarının sərgisi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.