CƏMİYYƏT


Ağdaşda narkotik bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri, 1962-ci il təvəllüdlü Atakişiyev Rafael Söyün oğlu və həmyaşıdı Mustafayev Bağdı Qubad oğlu tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.