CƏMİYYƏT


“Riyad” ticarət mərkəzində yanğın baş verib

İyulun 15-də günorta saatlarında Abşeron rayonu ərazisindəki “Riyad” ticarət mərkəzində yanğın baş verib. Yanğının ticarət mərkəzindəki mebel dükanının anbarından başladığı bildirilir. AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal hadisə yerinə cəlb edilib. Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.