CƏMİYYƏT


Şabranda biçilmiş taxıl sahələrinin yanmasına səbəb olan 2 nəfər saxlanılıb

İyulun 29-da rayonun Dağbilici və Xəlfələr, avqustun 5-də isə Taxtakörpü kəndləri ərazisində biçilmiş taxıl və quru ot sahələrinin ehtiyatsızlıqdan yanmasına səbəb olan Asəf Qasımov və Elşən Hacıyev polisin keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılıblar. Hər iki şəxs barəsində inzibati qaydada qanunauyğun tədbirlər görülüb.