CƏMİYYƏT


Xaçmazda reyd zamanı avtomobili sərxoş halda idarə edən dörd sürücü cəzalandırılıb

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 51 sürücü barəsində inzibati cəza tədbirləri görülüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində və Nabranda təşkil olunub.