CƏMİYYƏT


Xaçmazda köşkdən pul oğurlayan şəxs saxlanılıb

Avqustun 13-də Xaçmaz rayonu Qımıl-qışlaq kənd sakini Zaur Mustafayev Polis Şöbəsinə müraciət edərək avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2 min 500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib. Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.