CƏMİYYƏT


Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlanıb

Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90 min Pakistan rupisi və 10 min manat dəyərində qızıl əşyalarının oğurlanması barədə 12-ci polis şöbəsinə məlumat verib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.