CƏMİYYƏT


Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb

Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rüstəmov və qardaşı Taleh saxlanılıblar.