CƏMİYYƏT


Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi qeyd olunub

Qazaxıstanın ölkəmizdəki səfirliyində Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Dostluq Cəmiyyətinin fəalları, Qazaxıstanın "Dostlar Klubu"nun üzvləri, Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin nümayəndələri və digər qonaqlar iştirak edib.