CƏMİYYƏT


Gəncədə baş verən partlayış nəticəsində dağıntılar altında qalan bir nəfərin cəsədi tapılıb

FHN-dən AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılıb. Həmçinin 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.