CƏMİYYƏT


Bakıda orta məktəblərdən oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtdakı 54 saylı tam orta məktəbdən naməlum şəraitdə hər birinin qiyməti 700 manat olan dörd proyektorun oğurlanması barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.