CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumat əsasında Türkiyə Respublikasından “Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.