CƏMİYYƏT


Konfetlərin arasından kalium permanqanat tapılıb

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Şirvanlı” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb. Vətəndaşın əl yüklərinə rentgen aparatı ilə baxış zamanı konfet kağızlarına bükülmüş formada, konfetlərin arasından 10 ədəd 5 qramlıq şüşə flakonda kalium permanqanat aşklarlanıb.