CƏMİYYƏT


Şəmkir sakinindən odlu silah-sursat götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı evin zirzəmisinə baxış zammanı “Makarov” markalı tapança, lüləsi kəsilmiş ov tüfəngi və 4 patron aşkarlanaraq götürülüb.