CƏMİYYƏT


Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusarda yeni evlə təmin olunub

Bu münasibətlə keçirilən mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının göstərişinə əsasən, sosial təminatının gücləndirilməsi məqsədilə Ç.Qurbanovun ailəsi həm Bakı şəhərində mənzil, həm də Qusarda fərdi yaşayış evi ilə təmin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır