CƏMİYYƏT


Ağcabədi rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Ağcabədi rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Vahid Əhmədov saxlanılıb.