CƏMİYYƏT


Evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayon ərazisində silsilə oğurluqlar edərək insanların külli miqdarda əmlakını ələ keçirən şəxs saxlanılıb. Belə ki, zərərçəkən rayon sakinləri müxtəlif vaxtlarda RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyalarının və pulun oğurlandığı barədə məlumat veriblər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində çoxsaylı oğurluqlar törətməkdə şübhəli bilinən Elnur Talıbov saxlanılıb.