CƏMİYYƏT


Xətai rayonunda mağazalardan oğurluq edən iki nəfər saxlanılıb

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar.