CƏMİYYƏT


Narkotik satan 5 nəfər həbs olundu

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Nəticədə qəsəbə sakinləri Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər.