CƏMİYYƏT


Güzəştli mənzil əldə etmək istəyənlərə şad xəbər

Azərbaycan Prezidentinin 14 yanvar 2019-cu il tarixli Fərmanı ilə  “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərdən biri mənzillərin gözləmə qaydası seçimi ilə bağlıdır. Yəni mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyənlər üçün də mənzil əldə etmək imkanı yaradılır. MİDA bununla bağlı videoçarx hazırlayıb.