CƏMİYYƏT


Almaniya-Azərbaycan Forumunun idarə heyətinin iclası keçirilib

Berlində Almaniya-Azərbaycan Forumunun  idarə heyətinin və üzvlərinin növbəti illik toplantıları keçirilib. AZƏRTAC xəbər verir ki, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək, ölkəmizdəki siyasi-iqtisadi vəziyyət, həyata keçirilən islahatlar və regionda gedən inkişaf barədə danışıb. Səfir Almaniya-Azərbaycan münasibətlərinin hazırkı durumundan və gələcək perspektivlərindən, o cümlədən iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıqdan, Almaniya və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, ölkəmizin həyata keçirdiyi trans-regional təşəbbüslərdən və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakından, Azərbaycanda alman sərmayədarları və turistləri üçün mövcud olan biznes və turizm imkanlarından bəhs edib.