CƏMİYYƏT


Özünü türk iş adamı kimi qələmə verib telefon oğurladı

Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb. Bu barədə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs - Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb. O, ifadəsində özünü türk iş adamı kimi təqdim etdiyini və zərərçəkənlə guya onun fermasını almaq adı ilə görüşdüyünü bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.