CƏMİYYƏT


Qusarda 254 ədəd çətənə kolu yandırılaraq məhv edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Samur Polis Bölməsinin əməkdaşları rayonun Kufoba kənd ərazisində yabanı halda bitən hündürlüyü 130 santimetrə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolu aşkar ediblər. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.